şüa selinin sıxlığı

ру плотность потока излучения en radiation flux density de Bestrahlungsstärke fr densité du flux de rayonnement es densidad de flujo de radiación it densità del flusso di radiazione
şüa selinin sıxlığı
şüalanma
OBASTAN VİKİ
Biosenozun sıxlığı
Biosenozun sıxlığı — müəyyən sahə vahidinə düşən müxtəlif növ canlılara məxsus fərdlərin cəmi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Böhran sıxlığı
Böhran sıxlıq kosmik sıxlığn elə minimal qiymətidir ki, bu sıxlıqdan böyük qiymətlərdə Kainatın genişlənməsi dayanır və o sıxılmağa başlayır. == Hesablanması == Nəzəri araşdırmalarla müəyyən olunmuşdur ki, böhran sıxlığının ρ b {\displaystyle \rho _{b}} qiyməti Habbl sabitinin kvadratı ilə mütənasibdir: ρ = 3 H 2 8 π G {\displaystyle \rho ={\frac {3H^{2}}{8\pi G}}} Burada G {\displaystyle G} — cazibə sabitidir. == Qiyməti == Sabitlərin qiymətlərini nəzərə almaqla hesabladıqda böhran sıxlığı ρ b = 4 , 5 ⋅ 10 − 29 q / s m 3 {\displaystyle \rho _{b}=4,5\cdot 10^{-29}q/sm^{3}} Böhran sıxlığının bu qiymətində hər 1 s m 3 {\displaystyle 1sm^{3}} həcmdəki nüvə zərrəciklərinin sayı 2 , 7 ⋅ 10 − 5 {\displaystyle 2,7\cdot 10^{-5}} qədərdir. Yəni vahid litr həcmə 0,0027 nüvə zərrəciyi 1000 litr həcmə isə 2–3 nüvə zərrəciyi düşür. Sıxlığın və ya nüvələrin sayının bu qiyməti fiziki vakuumun qiymətlərinə yaxındır.
Neftin sıxlığı
Neftin sıxlığı – neft və neft məhsullarının əhəmiyyətli və geniş istifadə olunan keyfiyyət göstəricilərindən biridir. Sıxlıq müəyyən temperaturda vahid həcmin kütləsi kimi müəyyən olunur və kq/m3, q/sm3 və ya q/ml ilə ifadə olunur.Praktikada çox vaxt ölçüsüz kəmiyyətdən – nisbi sıxlıqdan istifadə olunur. Nisbi sıxlıq – neftin təyin olunma temperaturunda kütləsinin standart temperaturda (tst) eyni həcmdə götürülmüş suyun kütləsinə olan nisbətidir. Standart temperatur kimi su və neft məhsulları üçün ABŞ-da və İngiltərədə tst=15,60C, digər ölkələrdə, o cümlədən Azərbaycanda standart tst=+40C, təyin etmə temperaturu ttəy=200C qəbul olmuşdur. Nisbi sıxlıq ρ4 20 işarə olunur. Əksər neftlər və neft fraksiyaları üçün, xüsusən də böyük olmayan temperatur intervalında (0-500C-yə qədər) nisbətən az miqdarda bərk parafinlərə və aromatik karbohidrogenlərə malik neft fraksiyaları üçün sıxlığın temperaturdan asılılığı xətti xarakter daşıyır və aşağıdakı formul ilə ifadə olunur: ρ2= ρ1 – γ (t2 – t1) t1 – ölçmənin başlanğıc temperaturu, 0C; t2 - ölçmənin son temperaturu, 0C; γ - t2 – t1=1 olduqda, 10C -ə dəyişən sıxlığa düzəliş; ρ1 və ρ 2 uyğun olaraq t1 və t2 temperaturunda maddənin sıxlığıdır. Neft məhsulları üçün düzəliş qiymətləri γ = 0,00093 – 0,00132 (ρ4 20 – 0,7) formulu üzrə hesablanır. Karbohidrogenlərin nisbi sıxlığı aşağıdakı ardıcıllıq üzrə artır: Aromatik karbohidrogenlər > naftenlər> olefinlər>alkanlar. Əksər neftlərin sıxlıqları vahiddən kiçik olub. 0,80-0,9 q/sm3-a qədər olur.
Əhali sıxlığı
Əhalinin sıxlığı
Şüa (həndəsə)
Şüa — düz xəttin üzərindəki hər hansı bir nöqtədən eyni tərəfdə yerləşən (həmin nöqtə də daxil olmaqla) nöqtələr çoxluğudur. Bir tərəfdən məhdud olan düz xəttt hissəsinə şüa və ya yarım düz xətt deyilir. Bir düz xətt üzərində olan ortaq başlanğıclı iki yarım düz xəttə tamamlayıcı yarım düz xətt və ya şüa deyilir. Şüanın mərkəzi simmetriyası yoxdur.
Şüa (texnika)
Dirək — şüa binalardakı döşəmə və istifadə sahəsi yüklərini şaquli daşıyıcılara (sütunlara) köçürən və mexaniki olaraq çubuq kimi qəbul edilən bir tikinti elementi. Dəmir-beton konstruksiyalarda döşəmə yüklərinin əvvəlcə dirəklərə köçürülməsi və kəsmə qüvvəsi ilə moment effektləri daşıyan dirəklərin bu qüvvələri sütunlara ötürməsi qəbul edilir. Sütundan sütuna dirəklərin uzunluqlarına dirək aralığı deyilir. Dirək aralığı artdıqca dirək hissəsinin hündürlüyü artırılmalıdır. Dirəyin şaquli deformasiyaları (əyilməsi) nəzarət altında saxlanılmalıdır. Əks təqdirdə, binanın rahatlığı azalacaqdır. Döşəmələrdən və digər dirəklərdən aldığı yükləri dirəyə və ya daşıyıcı sistemə ötürən elementlərə dəmir-beton dirəklər deyilir. Sadə dirəklər: Bunlar hörgü konstruksiyalarındakı dayaqlara iki ucu sərbəst şəkildə daxil olan dirəklərdir. Bu cür dirəklər dayaqlarda ən az 20 sm oturmalıdır. Konsol dirəklər: Bunlar bir ucu basdırılmış (yerləşdirilmiş), digər ucu dayaqlanmış (asılmış) olan dəmir-beton dirəklərdir.
Şüa Hüseynov
Şüa Hüseynov (tam adı: Hüseynov Şüa Hüseyn oğlu; 27 fevral 1939, Kirovabad) — 1967-1995-ci ilə qədər Respublika Ağır atletika Federasiyasının prezidenti, Azərbaycan Respublikasının "əməkdar müəllimi", Beynəlxalq dərəcəli hakim. Hüseynov Şüa Hüseyn oğlu 1939-cu il fevralın 27-də Gəncə şəhərində anadan olmuşdur. O, 1952-ci ildə 15 saylı orta məktəbi bitirdikdən sonra Gəncə İnşaat Texnikumuna daxil olmuş, 1956-cı ildə həmin texnikumu bitirmiş, 1958-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstiutuna daxil olub, 1962-ci ildə institutu bitirmiş, həmin ili Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olmuş, 1967-ci ildə universiteti müvəffəqiyyətlə bitirmişdir. 1961-ci ildən Ali məktəbdə işləyir. 1967-ci ildə Azərbaycan DBTİ-da müəllim, baş müəllim 1969-ci ildə, elmlər namizdə 1974-ci ildə dosent (1980), 1994-cü ildən professor adına layiq görülmüşdür. 1978-2015-ci illərə kimi “Ağır atletika və boks” kafedrasının müdiri vəzifəsində çalışmışdır. 50-dən çox elmi əsərin müəllifidir. Bu əsərlərdən 80 çap vərəqi həcmində tədris və tədris-metodiki vəsaitdir ki, idman mütəxəssisləri respublikamızda bu əsərlərldən səmərəli istifadə edirlər. İdman sahəsində bir mütəxəssis kimi 1955ci ildən fəaliyyət göstərməyə başlayıb. 1969-ci ilə qədər müxtəlif idman cəmiyyətlərində baş məşqçi işləyib və 15 nəfərdən artıq idman ustası hazırlamışdır.
Şüa izləmə
Şüa izləmə (ing. ray tracing) — görüntünün renderinq (RENDERİNG) olunmasının iki əsas üsulundan biri. Kompüter qrafikasında: görüntünün hər bir obyektinin parlaqlığının, şəffaflıq səviyyəsinin və əksetdirmə imkanının hesablanması üçün istifadə olunan alqoritm. Bu atributlar müəyyən işıq mənbəyindən hər bir elementə və sonra müşahidəçinin gözünədək olan yolda ayrı-ayrı əks olunmuş işıq şüalarındakı dəyişikliklərin izlənməsi yoluyla hesablanır. Bundan sonra obyektin atributlarından ekranda görüntünü əmələ gətirən piksellərin rəngini və intensivliyini ölçmək üçün istifadə olunur. Şüa izləmə hər bir pikselin atributlarını müşahidəçiyə, gürününün elementlərinə və işıq mənbəyinə nəzərən hesablamağa imkan verir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Dəmir şüa
Dəmir şüa (ivr. ‏קֶרֶן בַּרְזֶל‏‎, keren barzel, ing. Iron beam) — İsrailin müdafiə podratçısı olan Rafael inkişaf etmiş müdafiə sistemləri tərəfindən 17 avqust 2020-ci ildə dünyaya nümayiş etdirilmiş hava hücumundan müdafiə sistemidir. Sistem ilk dəfə 11 fevral 2014-cü ildə Singapur Air Show sərgisində nümayiş etdirilmişdir. Dəmir şüa Dəmir Qübbə hava hücumundan müdafiə sisteminin effektiv bir formada qarşısını almaqda çətinlik çəkdiyi mənzili çox kiçik olan, yəni 7 kilometrə qədər olan qısa mənzilli raketləri, artilleriya mərmilərini və Hava toplarını məhv etmək üçün nəzərdə tutulmuşdur. Bundan əlavə, sistem pilotsuz uçuş aparatlarını da məhv edə bilir. Sistem mənzili 7 kilometrə qədər olan düşmən hədəflərini məhv etmək üçün “yönləndirilmiş yüksək enerjili lazer şüasından” istifadə edəcəkdir. Dəmir şüa Arrow 2, Arrow 3, Davud sapandı və Dəmir Qübbə ilə yanaşı, İsrailin inteqrasiya olunmuş hava hücumundan müdafiə sisteminin beşinci elementini təşkil edəcəkdir. Bununla belə, Dəmir şüa həm də müstəqil bir hava hücumundan müdafiə sistemidir. Dəmir şüa, atışdan sonrakı 4-5 saniyə ərzində havadakı hədəfi məhv etmək üçün fiber lazerdən istifadə edir.
Elektron-şüa borusu
Elektron-şüa borusu (CRT - cathode-ray tube)– televiziya monitorunun və mikrokompüterin standart displeyinin əsas elementi. Belə displey, içərisində elektron şüalar buraxan bir və ya bir neçə elektron top (GUN) olan vakuum borusunun əsasında qurulur; bu şüalar borucuğun qabaq divarının şüalanma zamanı işıqlanan daxili örtüyünə tuşlanır. Monoxrom elektron-şüa borusunda bir elektron top və bir qayda olaraq, ağ, yaşıl və ya sarı rənglər verən bir lüminofor gərəkli olur. Rəngli borucuq üçün isə üç elektron top lazımdır: nadir elementlərlə zənginləşdirilmiş və qırmızı, yaşıl və göy rənglər (qeyri-şəffaf boyalar deyil, işıq gücünün müxtəlif səviyyələri qatışdırıldığından, əsas rənglər olaraq, qırmızı-sarı-göy deyil, qırmızı-yaşıl-göy götürülür) verən üç tip lüminiforun hər birini şüalandırmaq üçün bir ədəd. Hər bir şüa, bir dəfəyə bir üfüqi darama sətri yaratmaqla əvvəlcə soldan sağa, sonra isə yuxarıdan aşağıya hərəkət edir. Şüa elektron-şüa borusunun boğazında yerləşən elektromaqnitlər sistemi vasitəsilə əyilir və borucuğun qabaq divarında olan lüminoforun piksellərini şüalandırmaqla görüntünü çəkir. Titrəməni olmaması üçün elektron şüa ekran görüntüsünü saniyədə 30 və ya daha artıq dəfə təzələyir. Görüntünün aydınlığı (dəqiqliyi) ekrandakı piksellərin sayından asılı olur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dənizdə şüa (film, 1967)
Film Gilov adasındakı mayakın işçilərindən, onların xidmətindən, mayakın gecələr balıqçılara, dənizçilərə və neftçilərə yol göstərməsindən danışır.

Значение слова в других словарях